Məşhur amerikalı müğənni müsəlman oldu - FOTO
    • 18-03-2019, 18:48
    • 1 108

Məşhur amerikalı müğənni müsəlman oldu - FOTO

Maykl Jekson və Whitney Houston da daxil olmaqla, bir çox tanınmış məşhur dünya ulduzunun vokalisti olan amerikalı sənətçi Della Miles İstanbula gəldiyi səfər zamanı müsəlmanlığı qəbul edib.  

News24.az
xəbər verir ki, məşhur müğənni çoxdan bu fikirdə olduğunu açıqlayıb:
“Yeni Zelandiyada baş verən dəhşətli qətliamdan sonra artıq əmin oldum ki, mütləq müsəlman olmalıyam. Çünki İslam məhəbbət və tolerantlıq dinidir”.

Della Miles İstnabulda keçirdiyi xoşbəxt anlarını sosial hesabından paylaşıb. Hətta evində asmaq üçün Türk Bayrağı da alıb.