Dəm qazı daha bir CAN ALDI
    • 25-09-2023, 11:23
    • 202

Dəm qazı daha bir CAN ALDI

Şabran rayonunda dəm qazından boğulma faktı qeydə alınıb.

News24.az xəbər verir ki, hadisə rayonun Dəvəçikənd kəndində baş verib. Kənd sakini, 55 yaşlı Rəsmiyyə Əhmədova yaşadığı evin hamam otağında huşsuz vəziyyətdə tapılıb. Onun dəm qazından boğularaq öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.