Millət vəkilinin səhhəti ilə bağlı rəsmi AÇIQLAMA
    • 25-09-2023, 11:43
    • 460

Millət vəkilinin səhhəti ilə bağlı rəsmi AÇIQLAMA

Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilən millət vəkili Qənirə Paşayevanın son durumu stabil ağır olaraq qalır. 

Bunu News24.az-a millət vəkilinin sürücüsü dedi. 

Qənirə Paşayevanın son vəziyyəti ilə bağlı Mərkəzi Klinikanın baş həkimi Kamran Musayevlə əlaqə saxlamaq istədik.

Lakin klinikadan baş həkimin hazırda  əməliyyatda olduğu bildirildi.

Sözügedən klinikanın reanimasiya şöbəsindən isə bildirildi ki, xəstənin son durumu ilə bağlı məlumatı yalnız birinci dərəcəli qohumlarına məlumat verilir.

Daha sonra Mərkəzi Klinika bu barədə rəsmi açıqlama yaydı.

Açıqlamanı oxucularımıza təqdim edirik:

"Hörmətli həmkarlar,

Hər birinizə uğurlu həftə arzu edirik!

Hörmətli millət vəkilimiz Qənirə xanım Paşayevanın səhhəti ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq sizin üçün də aydın olsun deyə diqqətinizə çatdırırıq ki, Mərkəzi Klinika özəl tibb müəssisəsidir. 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.

Bu baxımdan hər hansı özəl tibb müəssisəsinin fəaliyyəti, orada müalicə alan xəstə barədə açıqlama, məlumat vermək səlahiyyətimiz yoxdur! 

Anlayışınız üçün təşəkkür edir, Qənirə xanıma şəfa diləyirik!

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva 23 sentyabr səhər saatlarında naməlum səbəbdən dolayı komaya düşüb.

Aydan