Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
    • 25-09-2023, 17:30
    • 163

Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 25-i saat 17:00-a olan məlumatına əsasən Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Qusar, Şahdağ, Sabirabadda arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən News24.az-a verilən xəbərə görə, havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 26 dərəcəyədək, Naxçıvan MR-da 25 dərəcəyədək, Aran rayonlarında 26 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.