-
- 26-09-2023, 10:18
- 193
Dövlət Gömrük Komitəsinin üzərinə yeni öhdəlik QOYULDU
Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması təsdiq edilib.
News24.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, bu sənəd "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həmin Qanunda qeyd edilən məlumat və sənədlərin tərtib olunma formasını tənzimləyir.
Dövlət Gömrük Komitəsi valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətlərinin bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətlərini aşkar etdikdə bu barədə məlumat və sənədləri araşdırmanın aparılması üçün Azərbaycan RespublikasınınMaliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir.
Dövlət Gömrük Komitəsi "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının ərazisinə gətirilən valyuta sərvətlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq olduqda bu barədə məlumat və sənədləri Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir.
Bu sənəddə nəzərdə tutulmuş Maliyyə Monitorinqi Xidmətinə təqdim olunan məlumatlar Dövlət Gömrük Komitəsi tərəfindən formaya daxil edilir və Maliyyə Monitorinqi Xidmətinə gücləndirilmiş elektron imza ilətəsdiq edilmiş elektron sənəd formasında təqdim edilir. Nəzərdə tutulan məlumatları təsdiq edən sənədlərin surətləri Maliyyə Monitorinqi Xidməti tərəfindən tələb olunduqda elektron formada Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir.
Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən Formada aşağıdakı məlumatlar əks etdirilməlidir:
- gömrük orqanı tərəfindən təsdiq edilmiş sadələşdirilmiş bəyannamənin tarixi və nömrəsi;
- valyuta sərvətləri və milli valyutanın keçirildiyi gömrük məntəqəsinin adı;
- bu sənədin 2-ci və ya 3-cü hissələrində nəzərdə tutulmuş əsaslardan biri;
- şəxsin soyadı, adı, atasının adı, FİN kodu (olduqda), cinsi, doğum tarixi, Azərbaycan Respublikasının vətəndaşına münasibətdə, həmçinin doğulduğu yer;
- şəxsin vətəndaşlığı və ya rezident ölkəsi;
- şəxsiyyəti təsdiq edən sənədin tipi, seriyası və nömrəsi, verildiyi ölkə, Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə, həmçinin şəxsiyyəti təsdiq edən sənədin verilmə və etibarlılıq tarixi;
- valyuta sərvətlərinin və milli valyutanın gətirildiyi ölkə; -. valyuta sərvətlərinin və milli valyutanın çıxarıldığı ölkə; -. valyuta sərvətlərinin və milli valyutanın gətirilmə və ya
çıxarılma tarixi, valyuta sərvətlərinin növü, valyuta sərvətlərinin xarici valyutada məbləği və onun manatla ekvivalenti, habelə milli valyutanın məbləği;
- valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətlərinin bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyuta aşkar edildiyi hallarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətlərini aşkar edərsə, bu barədə məlumat.