Bakıdan Xankəndiyə növbəti humanitar yardım yola SALINDI
    • 26-09-2023, 10:39
    • 180

Bakıdan Xankəndiyə növbəti humanitar yardım yola SALINDI

Sentyabrın 26-da Bakıdan Xankəndiyə növbəti humanitar yardım göndərilib.

News24.az "Report"a istinadən xəbər verir ki, 4 yük maşınından ibarət humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə salınıb.

Yardıma 40 ton un, gigiyenik vasitələr, yataq dəstləri daxildir. Humanitar yardım Xankəndinə çatdırılacaq.

Həmçinin, növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.