Neymar Ərəbistan çempionatını tərk edir - SƏBƏB
    • 26-09-2023, 10:54
    • 428

Neymar Ərəbistan çempionatını tərk edir - SƏBƏB

Braziliyalı hücumçu Neymar Səudiyyə Ərəbistanı çempionatını tərk edə bilər.

News24.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Saytın məlumatına görə, Neymar 2026-cı ildə keçiriləcək növbəti dünya çempionatında iştiraka adekvat hazırlaşmaq üçün növbəti mövsümün sonunda Braziliyanın “Santos” klubuna qayıtmaq niyyətindədir.

Qeyd olunur ki, Neymarın ətrafı onun “Əl-Hilal” ilə dörd illik deyil, bir illik müqavilə imzaladığını iddia edir.

Həmçinin bildirilir ki, Neymar 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının başlamasına bir il qalmış kluba qayıtmaq xahişi ilə “Santos”a şəxsən müraciət edib.

Xatırladaq ki, Neymar yay transfer pəncərəsində “Əl-Hilal”a keçib. Bu mövsüm o, klubda üç oyun keçirib və iki məhsuldar ötürmə edib.