Avrasiya etibarlı nəqliyyat-logistika qovşağına çevrilib - Nazir
    • 26-09-2023, 10:54
    • 194

Avrasiya etibarlı nəqliyyat-logistika qovşağına çevrilib - Nazir

"Ötən dövrdə dünyanın üzləşdiyi pandemiya və davam edən regional böhranlar qlobal qida təhlükəsizliyinin təmin edilməsində aqrar ticarətin önəmini ön plana çəkib".

News24.az xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türk Dövlətləri II Aqrobiznes Forumunda bildirib.

O, eyni zamanda reallaşdırılan  Şərq-Qərb və Şimal-Cənub nəqliyyat infrastrukturu layihələri sayəsində Avrasiyanın etibarlı nəqliyyat-logistika qovşaqlarından birinə çevrildiyini vurğulayıb:

"Bu layihələr sırasında yer alan, illik yükdaşıma gücü 15 milyon ton olan Bakı-Ələt Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istehsal etdiyimiz aqrar məhsulların ölkələrimiz arasında və digər üçüncü ölkələrə daha tez və təhlükəsiz daşınmasına imkan yaradır".

Fərid Azəri