-
- 26-09-2023, 17:11
- 221
Terrorçular mülki əhalini hədəf aldı: ÖLƏN VƏ YARALANANLAR VAR
Terror təşkilatı PKK Suriyanın şərqində mülki yaşayış məntəqələrini bombalayıb.
News24.az xəbər verir ki, Suriyanın şərqində PKK-nın Suriya qolu YPG ilə yerli ərəb qəbilələri arasında qarşıdurmalar davam edir.
Məlumata görə, Xain hücum nəticəsində 7 nəfər həlak olub, 22 nəfər isə yaralanıb.
Qəbilələrin hücumlarında itki verən PKK cavab olaraq mülki yaşayış məntəqələrini hədəfə alır.
Yerli mənbələrdən verilən məlumata görə, terror ünsürləri dünən Deyr əz-Zor çölündə Ziban qəsəbəsi və Raqib qəsəbəsi yaxınlığında minaatan və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.
Bölgədəki mülki evləri hədəf alan hücumlarda ən azı 7 mülki vətəndaş həyatını itirib, 22 mülki şəxs isə yaralanıb.
Bildirilib ki, terror qruplaşması toqquşma və hücumlardan sonra bölgəni nəzarətə götürdüyü bildirilib.
Ayşən