Suriyada avtobusda terror aktı törədildi
    • 3-06-2022, 01:37
    • 337

Suriyada avtobusda terror aktı törədildi

Suriyanın şərqində Deyr əz-Zor əyalətində bir qrup terrorçunun avtobusa hücumu nəticəsində 3 nəfər ölüb, azı 21 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, silahlı hücum vilayətin cənubundakı Əş-Şula bölgəsində həyata keçirilib. Ölən və yaralananlar mülki şəxslərdir. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Yaralılara lazımi tibbi yardım göstərilir.