"İran barmaqlarını tətikdə saxlayır" - Məhəmməd Hüseyn Baqiri
    • 26-09-2023, 17:56
    • 221

"İran barmaqlarını tətikdə saxlayır" - Məhəmməd Hüseyn Baqiri

“İran silahlı qüvvələri barmaqlarını tətikdə saxlayır”.

News24.az xəbər verir ki, bunu İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqiri deyib.

Onun sözlərinə görə, İran o qədər böyük hərbi güc toplayıb ki, düşmənlər “təcavüz aktı” həyata keçirmək bir yana, hücum ehtimalını belə ağlına belə gətirmir.

“Biz ölkənin müdafiə qüdrətini günü-gündən artıracağımıza, eləcə də dəstək və hazırlığımızı artıracağımıza söz veririk”, - Baqiri bildirib.

General qeyd edib ki, silahlı qüvvələr barmaqlarını tətikdə, gözlərini radar ekranında saxlayır, kəşfiyyat vasitələri isə istənilən təhlükəni dəf etmək üçün döyüş hazırlığındadır.

Ayşən