-
- 27-09-2023, 11:00
- 235
Türkiyənin təbii qaz ixracında kritik addım: oktyabrın 1-dən...
Türkiyənin dövlət şirkəti BOTAŞ oktyabrın 1-dən Rumıniyaya təbii qaz ixracına başlayacaq. 2025-ci ildə başa çatacaq müqaviləyə əsasən, Türkiyə gündə 4 milyon kubmetrə qədər qaz tədarük etməyi planlaşdırır.
News24.az xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.
BOTAŞ-ın Rumıniyanın OMV Petrom şirkəti (Avstriyanın OMV-nin nəzarətində olan) şirkəti ilə müqavilə imzaladığı dəqiqləşdirilir. Bundan əlavə, tərəflər yaşıl enerji texnologiyaları və təbii qaz ticarəti sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
“ BOTAŞ Yunanıstan, Bolqarıstan və Macarıstana təbii qaz ixracına dair müqavilələr bağlayıb. Şirkət Avropa ölkələrinin enerji bazarlarında iştirakını artırmağa ümid edir. Digər Avropa ölkələri ilə danışıqlar davam edir”, - nəşr qeyd edib.
BOTAŞ 1974-cü ildə baş ofisi Ankarada olmaqla yaradılıb. 1995-ci ildən şirkət qaz, LNG və neft idxalı, ixracı, saxlanması, daşınması və ticarəti ilə tam dövlətə məxsusdur.
Ayşən