"Çox ağır döyüşlər gedirdi..." - Vətən müharibəsi qazisi
    • 27-09-2023, 11:38
    • 254

"Çox ağır döyüşlər gedirdi..." - Vətən müharibəsi qazisi

"Məni cəbhəyə düşmənə qarşı qisas hissi aparmışdı".

Bunu News24.az-a Vətən müharibəsi qazisi Məhəmməd Zeynalov deyib. 

"Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunan qazimiz deyir ki, qələbə xəbərini Şuşada alıb:

"Topxana meşəsində idik. Çox ağır döyüşlər gedirdi. Düşmənin belini birliyimiz nəticəsində qırdıq. Qələbə xəbərini biz Şuşada olarkən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev canlı yayımda elan etdi. Biz çox qürurluyuq ki, 30 illik işğaldan sonra Qarabağımız azad olundu. İkinci dəfə isə separatçıların dərsini Yevlaxda verdik. Allah xalqımızı qorusun!".

Fərid Azəri