1 həftə əvvəl şəhid olan hərbçimizin əkiz qızları dünyaya gəldi - FOTO
    • 27-09-2023, 12:03
    • 475

1 həftə əvvəl şəhid olan hərbçimizin əkiz qızları dünyaya gəldi - FOTO

1 həftə əvvəl şəhid olan hərbçimizin övladı dünyaya gəlib.

News24.az xəbər verir ki, bu barədə aparıcı Elvin Basqallı məlumat verib.

Məlumata görə, antiterror tədbirləri zamanı şəhid olan hərbçimiz Səbuhi Əliyevin əkiz qızları dünyaya gəlib. Bununla şəhidimizin özündən sonra 4 övladı yadigar qalıb.

Qeyd edək ki, Səbuhi Əliyev 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə “Cəsur döyüşçü” medalı ilə təltif olunub və 1 həftə öncə Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Qumral