Vardanyan Qarabağdan qaçarkən həbs olunub?
    • 27-09-2023, 13:40
    • 676

Vardanyan Qarabağdan qaçarkən həbs olunub?

Qanunsuz şəkildə Qarabağa gələn və Azərbaycan torpaqlarında separatçılıq fəaliyyəti göstərən rusiyalı milyarder Ruben Vardanyan Ermənistana gedən yolda həbs edilib.

News24.az xəbər verir ki, bu barədə Politik.am saytı məlumat yayıb.

Xəbəri dəqiqləşdirmək üçün Ermənistanın 168.am portalı Vardanyanın Xankəndi və İrəvandakı tanışları ilə əlaqə saxlayıb. Onlar Rubenlə əlaqə yarada bilmədiklərini deyiblər.

Qeyd edək ki, Ruben Vardanyanın saxlanılması ilə bağlı hələ ki, rəsmi məlumat yoxdur.

Qumral