Vardanyandan sonra siyahıda onlar  var: TÜRK GENERAL DETALLARI AÇDI
    • 27-09-2023, 15:36
    • 492

Vardanyandan sonra siyahıda onlar var: TÜRK GENERAL DETALLARI AÇDI

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Mövzu ilə bağlı News24.az-a danışan Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz bildirib ki, Ruben Vardanyanın saxlanılması və onun məhkəmə qarşısında cavab verməsi Azərbaycanın növbəti qələbəsidir.


“ Cinayətkarlar törətdikləri əməllərə görə cavab verəcəklər. Xüsusilə bu kontekstə Vardanyanın həbsi digərlərinə də bir siqnaldır. O, İkinci Qarabağ müharibəsindən sonra meydana gələn terrror fəaliyyətlərinə görə günahkardır və məsuliyyət daşıyır. Azərbaycan məhkəmələri Ruben Vardanyanı terror fəaliyyətləri çərçivəsində mühakimə edəcək. Və o cinayətkar cəzasını çəkəcək”, - o deyib.

Y.Karauz Vardanyandan sonra həbs olunacaq separatçılar haqqında danışıb. Generalın sözlərinə görə, növbədə  isə hərbi və siyasi problemlərə səbəb olan əliqanlı qatillər var: “Onlar tez bir zamanda ədalət qarşısında cavab verəcəklər. Əlbəttə bu prosesin Azərbaycanda anım gününə və İkinci Qarabağ müharibəsinin 3-cü ilinə  təsadüf etməsi xüsusi  əhəmiyyət daşıyır”.

Ayşən