"Bu gün Vardanyanlar "zəhmət"lərinin bəhrəsini görür" - POLİTOLOQ
    • 27-09-2023, 16:02
    • 476

"Bu gün Vardanyanlar "zəhmət"lərinin bəhrəsini görür" - POLİTOLOQ

“Separatçı Vardanyanın həbs olunması və layiqli cəza alması bizim üçün vacibdir. Azərbaycan-Ermənistan münasibətlərinin pisləşməsində və qanlı hadisələrdə əməyi keçən bütün günahkarlar məsuliyyətə cəlb edilib cəzalandırılmalıdır”.

Bu sözləri politoloq Abutalıb Səmədov News24.az-a sentyabrın 27-də Dövlət Sərhəd Xidməti tərəfindən  saxlanılan Ruben Vardanyanın həbsi barədə münasibət bildirərkən deyib.


Politoloq hesab edir ki, 44 günlük müharibə dönəmində Azərbaycan bu prosesdə əli olan bir çox caniləri cəzalandırdı.

“Amma Koçaryanlar, Araik Arutunyanlar, Balasanyanlar və bu qəbilədən olan başqa cinayətkarlar hazırda yaşayırlar və onların hər biri ədalət qarşısında cavab verəcək. Sözügedən adamlar həbs olunmasa belə, daima səksəkə və qorxu içində yaşayacaqlar. Onlar bu gün "zəhmətlər"inin bəhrəsini görürlər”, - o bildirib.

A.Səmədov qeyd edib ki, Azərbaycan hakimiyyəti min nəfərə yaxın cinayətkarın siyahısını tərtib edib və onların təhvil verilməsini tələb edir: “Əminəm ki, onlar öz layiqli cəzalarını alacaqlar. Ermənilərin 1987-ci ildə başlatdıqları avantüra bu gün Ermənistanın qəti məğlubiyyəti ilə başa çatdı".

Ayşən