ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) iri asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edib.

News24.Az
xəbər verir ki, EA2 asteroidi Yer kürəsinin yaxınlığından 305 kilometr məsafədən keçəcək. Bu, planetimizdən Aya qədər olan məsafədən 80 min kilometr azdır.
NASA-nın məlumatında diqqətə çatdırılır ki, göy cisminin Yer kürəsinə ən yaxın məsafədən uçması martın 22-də baş verəcək. Onun sürəti saniyədə 5 kilometrə yaxın, diametri isə 18-dən 40 metrə qədərdir.
Agentliyin mütəxəssisləri ötən ilin sentyabrında 70-160 metr radiusu olan asteroidin Yer kürəsinə yaxınlaşdığını bildirişimdilər. Həmin göy cismi planetimizdən 5,87 milyon kilometr məsafədən keçmişdi.

Kotanli