DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunan tədbir keçirildi

DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunan tədbir keçirildi
SİYASƏT

Baxış: 132 \ Tarix: 27-09-2023, 20:33

Mətn ölçüsü

27 Sentyabr - Anım Günü ilə bağlı Bakı Bələdiyyə Teatrı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Unutqanlıq qorxunc bəladır” adlı tamaşa səhnələşdirilib.

Bu barədə News24.az-a DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DTX-nin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə nümayiş etdirilən, Azərbaycan xalqının məruz qaldığı soyqırımı və digər faciəvi hadisələrdən bəhs edən tamaşa qonaqların böyük marağına səbəb olub.