-
- 28-09-2023, 11:13
- 268
"İran PUAları məhv edilib" - Humenyuk
Ukrayna gecə saatlarında İranın “Şahid“ tipli pilotsuz təyyarələri tərəfindən kütləvi hücuma məruz qalıb.
News24.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” müdafiə qüvvələrinin sözçüsü Nataliya Humenyuk bildirib.
O qeyd edib ki, hücum müxtəlif istiqamətlərdən bir neçə zərbə dronlarının buraxılması ilə həyata keçirilib.
“Düşmən hücum PUA-larını müxtəlif istiqamətlərə, o cümlədən mərkəzi rayonlara yönəldib. Hücumun nəticələri kütləvi xarakter daşıdığından hələ də dəqiqləşdirilir. Amma hava hücumundan müdafiə sistemlərinin işi kifayət qədər səmərəli olub, 34 pilotsuz uçan aparat məhv edilib”, - Humenyuk deyib.
Ayşən