Üç gündə Rusiyanın 157,5 milyon dollarlıq hava hədəfləri məhv edilib
    • 10-09-2022, 12:34
    • 365

Üç gündə Rusiyanın 157,5 milyon dollarlıq hava hədəfləri məhv edilib

Üç gün ərzində Ukrayna hərbçiləri Rusiya ordusunun 157,5 milyon dollar dəyərində hava hədəflərini məhv edib.

News24.az Unian-a istinadla xəbər verir ki, bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələrindən bildirilib.

Qeyd olunub ki, söhbət yalnız hava hücumu vasitələrindən - Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri tərəfindən 5-7 sentyabr tarixlərində məhv edilən qanadlı raketlər, təyyarələr və helikopterlərdən gedir.

Qeyd olunur ki, Rusiyanın istifadə etdiyi ən bahalı və texnoloji cəhətdən inkişaf etmiş raketlərdən biri X-101 qanadlı raketidir.

"Düşmən sentyabrın 5-də Ukraynaya 6 ədəd X-101-i atəşə tutub. Onlardan 5-i Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. X-101 raketinin bir ədədinin təxmini dəyəri 13 milyon dollardır. Məhv edilən X-101-lərin ümumi dəyəri 78 milyon dollardır", - deyə Ukrayna Hərbi Hava Qüvvələrindən bildiriblər.

Bundan əlavə, dəyəri 600 min dollar olan iki ədəd X-59 idarə olunan raket, iki Ka-52 hücum helikopteri (32,4 milyon dollar), Mi-24 hücum helikopteri (12,5 milyon dollar) və 3 "Su" hücum təyyarəsini (33 milyon dollar) məhv edilib.

Bundan əlavə, Ukrayna hərbçiləri Rusiyaya məxsus ümumilikdə 1 milyon dollar dəyərində olan 10 ədəd "Orlan-10" tipli əməliyyat-taktiki səviyyəli pilotsuz təyyarələri vurub.

"Beləliklə, ilkin hesablamalara görə, müharibənin üç günü ərzində yalnız səmada Rusiya ordusunun itkiləri 157 milyon 500 min dollar təşkil edib", - deyə məlumatda deyilir.