Cilavyan Ermənistana qaçdı
    • 28-09-2023, 17:53
    • 228

Cilavyan Ermənistana qaçdı

Qanunsuz erməni hərbi birləşmələrin rəhbərlərindən biri olan separatçı general Karen Cilavyan (ləqəbi “Kox”) Qarabağdan Ermənistana qaçıb.

News24.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Gorus polislərindən biri sosial şəbəkədə səhifəsində Cilavyanla fotosunu paylaşıb. Müxbirimizə də elə yerindəcə məlumat verilib ki, “Kox” Ermənistana gəlib”.

Separatçı  Azərebaycanın keçirdiyi sonuncu local xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan ordusuna təslim olmayacağını demişdi. Amma bu açıqlamasından qısa müddət sonra “artıq işinin bitdiyini” deyərək, silahı yerə qoymuşdu.

Ayşən