Qaçırılan 7 gəncdən 6-nın cəsədi tapıldı
    • 28-09-2023, 18:58
    • 187

Qaçırılan 7 gəncdən 6-nın cəsədi tapıldı

Dövlət Baş Prokurorluğundan verilən açıqlamada qaçırılan gənclərdən 6-nın cəsədinin Zakatekas şəhərində tapıldığı, digərinin isə ağır xəsarətlərlə xəstəxanaya aparıldığı bildirilib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, ştat hökumətinin baş katibi Rodriqo Reyes Mugüerza açıqlamasında gənclərin yaxınlarının ifadələri əsasında istintaqın davam etdiyini deyib. Gənclərin qaçırılmasında əli olduğu ehtimal edilən 2 nəfərin saxlanıldığı və əməliyyatların davam etdirildiyi barədə məlumat yayılıb.

Ötən gün Zakatekas şəhərində 7 gənc silahlı şəxslər tərəfindən zorla saxlanılmışdı.