“Eurovision 2019”da ən bahalı klip Azərbaycandan  - DÜNYANIN REAKSİYASI
    • 18-03-2019, 13:11
    • 2 229

“Eurovision 2019”da ən bahalı klip Azərbaycandan - DÜNYANIN REAKSİYASI

“YouTube” video hostinqinə hər il olduğu kimi, bu il də “Eurovision 2019” mahnı müsabiqəsində səslənəcək mahnılar üçün Avropanın müxtəlif ölkələrindən reaksiya xarakterli videolar yerləşdirilir.

News24.az xəbər verir ki, sözügedən görüntülər Azərbaycanın “Eurovision 2019” təmsilçisi Çingiz Mustafayev “Truth” mahnısı və klipi üçün hazırlanıb.

Avropalılar “Truth” mahnısını əsl hit adlandırıb, klipi isə bahalı və keyfiyyətli iş kimi qiymətləndiriblər. Çingiz Mustafayevin klipinə olan reaksiyaları təqdim edirik: