İlham Əliyev:
    • 29-09-2023, 13:09
    • 123

İlham Əliyev: "Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir"

"Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir, bütün Qarabağ kimi".

News24.az Report-a istinadən xəbər verir ki,  bu sözləri Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib.

Şəhərsalma forumuna ümumilikdə 400 iştirakçının qatıldığını bildirən dövlət başçısı deyib: “Bu, bizim dostluğumuzun təzahürüdür, bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək”.