"Rusiya həmişə hazırdır" - ŞOYQU
    • 29-09-2023, 13:34
    • 194

"Rusiya həmişə hazırdır" - ŞOYQU

Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, MDB ölkələri ilə hərbi-texniki əməkdaşlığın artırılmasına həmişə açıq və hazırdır.

News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Hərbi-texniki əməkdaşlıq məsələləri Müdafiə Nazirləri Şurasının və ikitərəfli təmasların daim diqqət mərkəzindədir. Bu baxımdan, Rusiya Federasiyasının bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə hər zaman açıq olduğunu vurğulamaq istərdim”, - deyə Şoyqu bildirib.

Onun sözlərinə görə, dünyada hərbi-siyasi vəziyyət Müstəqil Dövlətlər Birliyinə üzv dövlətləri yaranan təhlükələrə operativ reaksiya verməyə qadir güclü silahlı qüvvələrə malik olmağa məcbur edir.

Ayşən