"Pərdəarxası dünya"nın yeni silahı:
    • 30-09-2023, 15:10
    • 515

"Pərdəarxası dünya"nın yeni silahı: "YAXIN AYLARDA ƏHALİ.."

"Əhalinin total nəzarəti və vətəndaşların qorxudulması “qızıl milyard” elitasının əlində yeni silaha çevrilə bilər”.

News24.az xəbər verir ki, bu barədə məşhur rus filosofu Andrey Fursov danışıb.

Onun sözlərinə görə, “pul sahibləri” ölümcül olacağını vəd edən bu alətləri yaxın aylarda gücləndirməyi planlaşdırıblar. 

“Bu dövr resursların böyük hissəsinə nəzarət edən və hakimiyyətin əsas rıçaqlarını öz əlində cəmləşdirən elitanın uzaq hədəflərini nə qədər reallaşdıra biləcəyini göstərməlidir.“Pərdəarxası dünya” planetdəki mövcud vəziyyəti tam nəzarət, tabeçilik və sakinlərinə qarşı qorxunun hökm sürəcəyi qlobal rəqəmsal konsentrasiya düşərgəsi vəziyyətinə gətirmək istəyir. Bu cür sistemlər daxilində insanlara ilk olaraq lazımi rəftarları aşıladıqdan sonra onlarla istədiyinizi etmək mümkün olacaq.

Bu mənada, 2020-ci il “qızıl milyard” elitasına böyük fayda gətirdi, o zaman bu ideyalar və tendensiyalar sürətlə inkişaf etdi və bəşəriyyət üçün vəhşi və ya qeyri-adi görünməkdən çıxdı. İndi yeganə sual onların tətbiqinin həcmidir. Yeni silah növünün mütləq istifadə ediləcəyinə artıq heç bir şübhə yoxdur”, - deyə ekspert vurğulayıb.

Ayşən