Kəmaləddin Heydərovdan yeni ƏMR
    • 18-03-2019, 15:41
    • 1 427

Kəmaləddin Heydərovdan yeni ƏMR

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə News24.az-a FHN-dən məlumat verilib. Məlumatda bildirilib ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Novruz bayramı günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, bayram şənliklərinin təşkil olunduğu və insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.