-
- 27-12-2019, 13:14
- 878
FHN gücləndirilmiş iş rejimində çalışacaq - NAZİRDƏN ƏMR
Fövqəladə Hallar Nazirliyi (FHN) bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
News24.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb.
Məlumata görə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, bayram şənliklərinin təşkil olunduğu və insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri 31 dekabr 2019-cu il tarixindən 7 yanvar 2020-ci il tarixinədək gücləndirilmiş iş rejimində çalışacaq.