-
- 30-09-2023, 16:19
- 479
Əliyev ilə Paşinyan görüşündən gözləntilər: Gündəmdə ilk dəfə...
Avropa Siyasi Birliyi sammitinin üçüncü turu oktyabrın 5-də İspaniyanın Qranada şəhərində baş tutacaq.
New24.az xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.
Sözügedən görüşün ilk iclası ötən ilin oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Praqada keçirilib.
Məlumata görə, sammitin ən mühüm gündəm mövzularından biri Cənubi Qafqazdakı son vəziyyət olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı son antiterror tədbirlərindən sonra ilk dəfə Qranadada görüşəcək. Ərdoğanın qatıldığı ilk sammitdə Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsində oynadığı kritik rol və həyata keçirdiyi uğurlu xarici siyasətə görə ən diqqətçəkən ölkələrdən biri olub. Nəşrin məlumatına görə, taxıl dəhlizinin yenidən işlək olması üçün bütün gözlər yenidən Türkiyəyə yönələcək.
Bundan əvvəl Avropa Birliyi (AB), Azərbaycan, Ermənistan, Fransa və Almaniya nümayəndələrinin Brüsseldə bir araya gəldiyi və liderlərin növbəti görüşündə tərəflərin sülh prosesini irəli aparması üçün konkret addımları müzakirə etdikləri bildirilib.
Əliyevlə Paşinyan arasında Qranada görüşü diqqət mərkəzində olacaq. Avropa Siyasi Birliyinin Qranada sammitində Rusiya-Ukrayna müharibəsi ilə yanaşı iqtisadiyyat, miqrasiya, enerji və təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.
Ayşən