Paşinyan da Brüsselə gəldi
    • 14-07-2023, 21:02
    • 334

Paşinyan da Brüsselə gəldi

Ermənistan Baş naziri Nikol Paşinyan Brüsselə səfərə gedib.

News24.az​​​ xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev artıq Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçikada işgüzar səfərdədir. Dövlətimizin başçısının Brüsseldə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə görüşü keçirilir.