Ukrayna müharibəsi belə bitəcək: MKİ KƏŞFİYYATÇISI AÇIQLADI
    • 30-09-2023, 16:36
    • 432

Ukrayna müharibəsi belə bitəcək: MKİ KƏŞFİYYATÇISI AÇIQLADI

Mərkəzi Kəşfiyyat İdarəsinin  keçmiş analitiki Larri Conson bildirib ki, Ukraynadakı münaqişə Moskvanın şərtləri ilə başa çatacaq, Kiyevin isə yalnız iki yolu var. 

News24.az xəbər verir ki, o, bu barədə “News.ru” məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti təslim ola və ya vəziyyəti dövlətin yoxa çıxması həddinə çatdıra bilər.

O əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin sülhə nail olmaq üçün təklif etdiyi plan işləməyəcək. Conson Rusiya qoşunlarının tamamilə çıxarılması, Rusiya prezidenti Vladimir Putinin mühakimə olunması və Ukraynaya təzminat ödənilməsi ilə bağlı fikirlərini qeyri-ciddi adlandırıb.

Bundan əvvəl ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Scott Ritter Rusiyanın xüsusi əməliyyatının sonunda Zelenski hökumətinin mövcudluğunu dayandıracağını bildirib. 

Onun fikrincə, deazizasiyanın mənası budur.

O, həmçinin Ukraynanın öz ərazilərini daha da itirəcəyini proqnozlaşdırıb . Ritterin sözlərinə görə, Kiyev Odessa, Xarkov və bir sıra digər şəhərlər üzərində nəzarəti itirə bilər. Keçmiş kəşfiyyatçı əlavə edib ki, Ukrayna hakimiyyətinin buna görə yalnız özləri günahkardır, çünki onlar Qərbin təsiri altında Rusiya ilə danışıqlardan imtina ediblər.

Ayşən