Mançester təmsilçisi heyətini gücləndirmək istəyir
    • 30-09-2023, 19:38
    • 353

Mançester təmsilçisi heyətini gücləndirmək istəyir

“Nitsa”nın müdafiəçisi Jan-Kler Todibo karyerasını “Mançester Yunayted”də davam etdirə bilər. 

New24.az  xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə insayder Fabrizio Romano məlumat verib.

“Yunayted” bu yay Harri Maquayrı əvəz etmək istəyəndə fransalı müdafiəçi ilə maraqlanmışdı. Lakin ingilis futbolçu Maquayr klubda qalıb.

Qeyd edilir ki, Maquayrın vəziyyəti daha da pisləşdiyi üçün “Mançester” qışda Todibonu yenidən transfer etməyə çalışacaq. “Şeytanlar” həmçinin “Bayer Leverkuzen”dən Edmond Tapsoba və “Benfika”dan yeniyetmə Antonio Silvanı da transfer etməyi düşünür.