"Mançester Yunayted" onları transfer etmək istəyir
    • 7-04-2022, 21:46
    • 382

"Mançester Yunayted" onları transfer etmək istəyir

İngiltərənin "Mançester Yunayted" klubunun yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçuların adları bəlli olub.

"The Telegraph" nəşri xəbər verir ki, "qırmızı şeytanlar" "Tottenhem"dən Harri Keyn, "Vest Hem"dən Deklan Rays və "Aston Villa"dan Con Makginni transfer etmək istəyir.

Mansçester təmsilçisinin rəhbərliyi sözügedən oyunları almaq üçün böyük büdcə ayırmağı planlaşdırır.

Qeyd edək ki, "Mançester Yunayted"ə yeni mövsümdən Niderland "Ayaks"ının baş məşqçisi Erik ten Haq rəhbərlik edəcək. /Report/