“Mançester Yunayted” De Xea ilə vidalaşdı
    • 8-07-2023, 19:46
    • 203

“Mançester Yunayted” De Xea ilə vidalaşdı

Qapıçı David De Xea “Mançester Yunayted”dən ayrılıb.

News24.az xəbər verir ki, bu bardə klubun saytı məlumat yayıb. 32 yaşlı qolkiperlə başa çatan müqavilənin müddəti yenilənməyib.

Beləliklə, o, 12 ildən sonra Mançester təmsilçisindən ayrılıb.

De Xea 2011-ci ilin yayında “Atletiko”dan “Mançester Yunayted”ə transfer olunmuşdu. O, bu klubda 545 oyuna çıxıb və 190 matçda qapısını toxunulmaz saxlayıb.