Bakı Avtovağzalı sərnişinlər üçün yeni sistem yaradıb - FOTO
    • 18-03-2019, 16:32
    • 1 330

Bakı Avtovağzalı sərnişinlər üçün yeni sistem yaradıb - FOTO

“Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişinlər kassaların üzərindəki yeni yaradılan monitorlar vasitəsilə bilet satışı davam edən reyslər barədə dəqiq məlumatla tanış ola biləcək”. 

Bunu News24.Az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova deyib. O bildirib ki, yeni monitorlar sərnişinlərin işini daha da asanlaşdıracaq. 
P. Məmmədova qeyd edib ki, monitorlarda istiqamət, istiqamət üzrə biletin qiyməti, perron, avtobusun dövlət qeydiyyat nişanı, avtobusun tutumu və hazırda neçə boş yer olması kimi məlumatlar əks olunub. Bununla da sərnişinlər həm vaxtına qənaət edəcək, həm də lazım olan bütün məlumatları monitor vasitəsilə əldə etmiş olacaq.

Sevinc YASİNQIZI