İsmayıllıda 65 yaşlı kişi kəsici alətlə qətlə yetirilib
    • 30-09-2023, 20:36
    • 217

İsmayıllıda 65 yaşlı kişi kəsici alətlə qətlə yetirilib

Sentyabrın 30-u saat 18 radələrində İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Ağamalıyev Füzuli Səmid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

New24.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayaıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Ağamalıyevə kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Mirzəzadə Elçin Əfqan oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.