-
- 18-03-2019, 17:01
- 1 390
Anar Məmmədova şərti 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib
Criminal.az saytının baş redakoru Anar Məmmədova hökm oxunub.
News24.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrlik etdiyi kollegiyanın hökmü ilə Anar Məmmədova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə barəsində 2 il sınaq müddəti təyin edilib.
A.Məmmədova 2018-ci ilin iyul ayında Gəncədə baş verən hadisələrdən yazdığına görə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
A.Məmmədov ittihamları qəbul etməyib. Bildirib ki, ittihama səbəb olan yazılardan birini “Turan” İnformasiya Agentliyinə, digərini isə politoloq Ərəstun Oruclunun Gəncə hadisələri ilə bağlı yazdığı bloquna istinadla dərc edib. “Bu yazılara istinad etdiyim üçün heç bir məsuliyyət daşımıram. Gəncənin sabiq icra başçısı Elmar Vəliyevlə heç bir ədavətim və ümumiyyətlə münasibətim belə olmayıb”.