Baş redaktorun cinayət işi icraata götürülüb
    • 18-12-2018, 10:22
    • 1 039

Baş redaktorun cinayət işi icraata götürülüb

"Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işinin ibtidai istintaqı başa çatıb.

A.Məmmədovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

//Report