İtaliyada 177 sərnişinin oldğu gəmidə yanğın olub
    • 30-09-2023, 21:33
    • 147

İtaliyada 177 sərnişinin oldğu gəmidə yanğın olub

İtaliyada 177 nəfərin olduğu “Cossyra” adlı gəmi-bərəsində yanğın olub.

New24.az  xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənubundakı Lampeduza adasından Siciliya adasının Porto Empedokl limanına gedən gəminin mühərrik otağında yanğın baş verib. Yanğına İtaliya sahil mühafizə xidmətinin yanğınsöndürən gəmisi ilə müdaxilə edilib.

Gəmidə 27 ekipaj üzvü və 150 sərnişin olub. Sərnişinlərdən 83-nün immiqrant olduğu bildirilir.

Bütün sərnişinlər İtaliya sahil mühafizə xidmətinin patrul gəmisi tərəfindən xilas edilib.