Türkiyənin yük gəmisi Yunanıstanın sahil sularında yanıb
    • 21-11-2018, 12:28
    • 704

Türkiyənin yük gəmisi Yunanıstanın sahil sularında yanıb

Yunanıstanın sahil sularında Türkiyə bayrağı altında üzən “Kilic 1” adlı yük gəmisində yanğın baş verib.

Məlumata görə gəminin göyərtəsində 11 nəfər olub.
Yanğın zamanı onlar gəmini tərk ediblər.
“Kilic 1” Peloponnes yarımadasının cənubunda, Tenaron burnunun cənub-şərqində yerləşir. 
Yüksüz gəmi Tunisdən Türkiyəyə doğru hərəkət edirmiş.

//Report