"Milan" liderliyə yüksəldi
    • 30-09-2023, 22:52
    • 354

"Milan" liderliyə yüksəldi

İtaliya A Seriyasında VII turun oyunları keçirilir.

New24.az  xəbər verir ki, bu turda Milanın eyni adlı komandası "Latsio"-nu qəbul edib. 

Meydan sahiblərinin üstünlüyü şəraitində keçən qarşılşamada "rossoneri" qonaqların qapısından iki cavabsız top keçirməyə nail olub.   

Hesabı 60-cı dəqiqədə Kristian Pulişiç açıb. 88-ci dəqiqədə Noa Okafor ikinci qolu vurub.

Bu qələbə “Milan”ı liderliyə yüksəldib. Komandanın 18 xalı var. Mövsümə uğursuz başlayan “Latsio” yeddi xalla 14-cüdür.