-
- 25-09-2023, 21:10
- 513
"Qarabağ" qələbə qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tur başa çatıb.
News24.az Axar.az xəbər verir ki, turun son matçı Qəbələdə yerli komanda ilə "Qarabağ" arasında baş tutub.
Qarşılaşma qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb.
2-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 11-ci dəqiqədə Nəriman Axundzadə "köhlən atlar"ın ikinci qolunu vurub. Qonaqların heyətində Kevin Medina 42-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 75-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Lukas Afriko fərqi azaldıb.
Qurban Qurbanov baş məşqçi karyerasında ilk dəfə bu görüşdə qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb.
Bununla xallarının sayını 13-ə çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlib. Sonuncu sıradakı "Qəbələ"nin 4 xalı var.