Rusiya səhvən öz döyüş təyyarəsini VURUB - VİDEO
    • 1-10-2023, 00:02
    • 209

Rusiya səhvən öz döyüş təyyarəsini VURUB - VİDEO

Rusiya hava hücumundan müdafiə sistemlərinin səhvən vurduğu Su-35-in fotosu yayılıb.

New24.az  Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin keçmiş müşaviri Anton Geraşenko paylaşım edib.

“Bu günlərdə Rusiyanın məhv etdiyi Su-35-i xatırlayırsınız? Budur, Tokmak yaxınlığındakı tarlada payız günəşi altında uzanıb. O, heç yerə uçmayacaq”, – Geraşenko bildirib.

Qeyd edək ki, Rusiya ordusunun Tokmak yaxınlığında yanlışlıqla rus ordusuna məxsus Su-35 təyyarəsini vurduğu haqda ötən gün məlumat yayılmışdı.