Türkiyə  "Bəyaz Gülün" terror  hədəfində
    • 16-07-2018, 12:00
    • 1 105

Türkiyə "Bəyaz Gülün" terror hədəfində

Türkiyənin “Sözçü” qəzeti həyəcan təbili çalmaqdadır.

 Qəzetin yazdığına görə, “Bəyaz dul” adlı qadın terrorçunun “terror planı” siyahısında Türkiyə də yer alıb. Böyük Britaniyanın məşhur nəşrləri terrorçu qadının və onun terror planı hazırladığı ərazilərin xəritəsini dərc edib.

"Bəyaz gül" deyilən Samanta Levthvaite  əslində 2005-ci ildə Londonda terror törədərək intihar etmiş terrorçunun xanımıdır.

 Bu qadının axtarışları davam etdirilir. O güclü psixioloji təsir etmək qabiliyyətinə malik olub, intihar bombaçıları, kamikadzelər yetişdirməklə məşğuldur.