-
- 19-03-2019, 13:00
- 3 406
Novruz bayramında necə qidalanmalı - MÖVZU
Artıq Novruz bayramının astanasındayıq. Çoxumuz onun gəlişini səbirsizliklə gözləyirik. Nədən ki, Novruzda bişirilən xörəklər, şirniyyatlar sanki xüsusilikləri ilə seçilirlər.
Yeməyə həvəsli olan bir çoxumuz xörəklər bir yana, bolluca paxlava, şəkərbura, qoğal, badambura və saymaqla bitməyən şirniyyatlardan dadacaq, bayramın kefini çıxaracağıq. Hətta aramızda pəhrizlərini pozanlar, aşırı qidalanıb, sonra bunun “əziyyətini” çəkənlər də olacaq.
Elə məhz bundan yana “bayram günlərində necə qidalanmaq lazımdır?” sualına cavab tapmaq üçün News24.az dietoloq Ləman Süleymanova ilə söhbət edib.
L. Süleymanova söhbətində bildirib ki, Novruz bayramı günlərində qidalanmaya xüsusi diqqət etmək lazımdır:
“Bayram günlərində bu, ikiqat məsuliyyətdir. Adi günlərdə süfrələrimiz o qədər də zəngin olur. Amma Novruz bayramı Azərbaycanda daha təntənəli şəkildə qeyd edildiyinə görə xanımlarımız bir-birləri ilə bəhsə girərək, şirniyyatlar hazırlayıb süfrələri bəzəyir. Novruz şirniyyatları, Azərbaycanın milli mətbəxi ilk çərşənbədən başlayaraq bayram bitənə kimi süfrələrimizdə olur. Yəni, bizdə Novruz bayramı bir gün qeyd edilmir. Hetta bir ay öncədən evdə dadlı yeməklər, şirniyyatlar bişirməyə başlayırıq. Ümumiyyətlə, Azərbaycanın milli mətbəxi hər zaman zəngin olub. Hətta, Avropa da aparılan araşdırmalar zamanı məlum olub ki, ən kalorili və dadlı qidalar Azərbaycan mətbəxidir. Hər bir bölgəmizin xüsusi olaraq özünə məxsus qidaları var. Məsələn, cənub bölgəsinin qoğalı şirin olur. Bu da bayram günlərində yükəsək kalori deməkdir. Həmçinin bir çox yeməklər bölgələrə uyğun fərqli şəkildə hazırlanır. Yeməklərin hazırlanmasında rəqabət belə gedir. Məsələn, Bakı, Qəbələ, Lənkəran aşının və dolmasının hazırlamasında fərq var. Azərbaycan mətbəxinin qidaları zəngin və ağırdır. Novruz bayramında da qidaların sayı çox olduğu üçün çəki alanlarında sayı günü-gündən artır”.
Ləman Süleymanova bayram günlərində yeyilən ağır qidaların həzm olunması üçün bütün qidaların qarışdırmağın doğru olmadığını qeyd edib:
“Adi günlərdə belə qidalanmağımıza diqqət etməliyik. Hər zaman söyləmişəm ki, insan özünü dadlı yeməklərdən məhrum edə bilməz. İnsan hansısa bir qidadan asılı olmamalıdır. Sağlam şəkildə qidalanmaq lazımdır. Məsələn, yağlı yemək yeyəndə belə o qidanın orqanizmdən rahat sovrulması üçün şərait yaradılmalıdır. İnsan nə qədər sağlam qidalanarsa, bir o qədər sağlam olar. Sağlam qidalanan biri olaraq bayram günlərində hər bir nemətdən dadıram. Yağlı yemək yeyən zaman həmin qidanın orqanizmdən rahat şəkildə həzm olunması, yağların bədəndən çıxarılması, yağlı qidanın tərkibindəki xolesterini orqanizmə mənfi təsirini azalması üçün ilk növbədə doğru bəslənilməlidir. Çünki yemək tərzi deyilən bir şey var. Öncə bundan başlamaq lazımdır. Süfrə mədəniyyətinə əsasən masa arxasına əyləşən zaman qidanı yavaş-yavaş yemək lazımdır. Yeməkləri tez-tez yemək və onları qarışdırmaq olmaz. Bu daha çox toylamızda baş verir. Məsələn, aşı dondurmaya, dondurmanı şirniyyata qarışdırılır. Amma hər bir qidanın, hətta meyvənində öz yemək tərzi var. İnsanı arıqladan və ya kökəldən qidaların olmasını demək düzgün deyil. Bununla bağlı səsləndirilən fikirlər yalandır. İnsan doğru bəslənərsə, adicə qidaların reaksiyasından belə orqanizmdə maddə əmələ gəlir. Allah buyurub ki, insan anadan olandan sağlam qidalanmalıdır. İnsana ana südünü məsələhət görüb işarə edir ki, insanın bütün həyati boyu qidalanması onu idarə edəcək”.
Dietoloq bayram günlərində süfrə arxasında yağlı yeməklərdən sonra qazlı içkilərin içməyin piylənməyə səbəb olduğunu vurğulayıb:
“Çox vaxt bütün günü ac qalıb axşam yeməyi yeyirlər. Bu nəinki bayram günləri, hətta adi günlərin də belə baş verir. İnsanlar səhər və günorta yeməyinə üstünlük vermir. Axşam isə ikiqat qida qəbul edirlər. Xüsusilə də, axşam qidasında yağlı yeməklər olacaqsa, bu insan orqanizmi üçün birbaşa təhlükə deməkdir. Arterial təzyiqi yüksək olan, mədə-bağırsaq xəsətəliyindən əziyyət çəkən insanlar, şəkər xəstələri üçün belə ağır qidalar təhlükədir. Bütün günü ac qalıb axsam ağır və kalorili yeməklər yeyən zaman həzm prosesi ləngiyir, qanda şəkər artır, həmçinin təzyiq yüksəlir. Yağlı yeməkdən dərhal sonra qazlı içki içmək və ya meyvə belə insana çox mənfi təsir göstərə bilər. Piylənməyə gətirib çıxara bilər. Ən əsası isə mədə-bağırsaq xəstələyinin təməlini qoya bilər. Bütün bunlara nəzarət etmək lazımdır. Ümumiyyətlə, bayram günlərində necə gəldi yemək düzgün deyil. Məsələn, axsam hansısa məclisə gedən zaman süfrədə ağır yeməklərin olduğunu nəzərə alaraq səhər tezdən durmaq lazımdır. Çünki erkən yuxudan durmaq metobalizmənin çalışması deməkdir. Elə insanlar var ki, günortaya kimi yatır. O insanlar da metobalizm zəif olur. Metobalizm zülal, yağ və karbohidrad vitamin minerallarının mübadiləsi deməkdir. Günortaya kimi yatan insanların orqanizmi tənbəlləşir. Ona görə də nə yeyilsə, həzm prosesi ləng gedəcək. O zaman bu, mərkəzi sinir sisteminə mənfi təsir edir, insan əsəbi , halsız və yorğun olur. Amma erkən yuxudan durmaq metabolizmin gündəlik yaxşı çalışması üşün şərait yaratmaq deməkdir. Səhər erkən yuxudan durub bol su içmək və meyvə yeyilməlidir. Meyvənin tərkibində bitki lifləri var ki, onlar orqanizm üçün çox önəmlidir. Gün ərzində ara-ara yemək lazımdır ki, bayram ərəfəsinə uyğun olaraq qidaların ağırlığından əziyyət çəkilməsin. Yəni yeyilən qidalar həzm olunsun”.
Ləman Süleymanova bayram günlərində süfrəyə yeməklərin düzgün ardıcıllıqla və vaxtla gətirilməsinin vacibliyindən də danışıb:
“Ağır yağlı qidalarla yanaşı müəyyən təamlar olmalıdır ki, yağlı yeməyin tərkibindəki xolestrinin insan orqanizminə olan mənfi təsirini azaltsın. Öncə su içmək və yüngül olan meyvələr yemək lazımdır. Məsələn, sitrus meyvəsini yeməkdən öncə yeyilməlidir. Bu insanın mədəsini yağların qida bürosunda qalmasına hazırlaşdırıb, onların yığılıb zəhərli maddəyə çevrilməsinin qarşısını alacaq. Özümüzü öncədən sığortalamalıyıq. Bayram günlərində yüngül qidalardan və meyvə yedikdən sonra yavaş-yavaş ağır qidalara keçmək olar. Tələsmədən hər bir nemətdən dadmaq olar. Bu zaman özünüzü rahat hiss edəcəksiz. Amma zəhərli qazlı içkidən qətiyyən istifadə etməyin. Çünki yağlı qidalarla birgə qazlı içki içildiyi zaman onların reaksiyasında xüsusi maddələr olan akremitlər əmələ gəlir. Bu insan oqranizminə çox mənfi təsir göstərir. Bu da piylənməyə səbəb olur. Meyvəni yalnız yeməkdən öncə yemək lazımdır. Hər bir nemətdən dadmaq lazımdır. Xüsusilə də, axsam yeməkdən yarımsaat sonra yaşıl çay içmək lazımdır. Yeməyin həzmi üçün vacibdir. Eyni zamanda həmin gün ərzində aktiv hərəkət etmək lazımdır”.
Sevinc YASİNQIZI