-
- 2-10-2023, 13:35
- 412
Qənirə Mehdixanlını öldürən nəvəsinə HÖKM OXUNDU
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində nənəsini qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, prosesdə təqsirkəndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib.
İttihama görə, N.Əliyev uzun müddət ailəsi ilə Türkiyədə yaşasa da, 2021-ci ildə nənəsi Qənirə Mehdixanlı koronavirusa yoluxandan sonra ölkəyə qayıdaraq və nənəsi ilə birgə yaşamağa başlayıb. Hadisədən 6-7 ay əvvəldən nənə ilə nəvə arasında mübahisə yaranıb.
Ötən il iyunun 25-nə keçən gecə, saat 01:30 radələrində evə gələn Nicat nənəsi ilə növbəti dəfə mübahisə edib. Bu zaman N.Əliyev nənəsini iplə boğaraq qətlə yetirib.
Xatırladaq ki, qətlə yetirilən Q. Mehdixanlı Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri, QHT sədri olub.
Samir Əli