Tanınmış idmançını öldürən şəxsə ağır cəza verildi
    • 14-09-2023, 12:12
    • 225

Tanınmış idmançını öldürən şəxsə ağır cəza verildi

Beyləqanda əməkdar məşqçini qətlə yetirən şəxsə hökm oxunub. 

News24.az-məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində tanınmış məşqçi Kamil Fərzəliyevi qətlə yetirməkdə təqsirləndirilən Rafiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 Məhkəmənin hökmü ilə R. Əliyev 11 il 6 ay azadlıqdan məhrum edilib. 

İttihama görə, hadisə ötən il dekabrın 22-də Beyləqan rayonunda baş verib. 1973-cü il təvəllüdlü Kamil Fərəzliyevin bıçaqla öldürülməsi barədə polisə məlumat daxil olub.

Beyləqan RPŞ əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rafiq Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə,  hadisə qısqanclıq zəminində baş verib. Qətlə yetirilən K. Fərzəliyev Yunan-Roma Güləş növü üzrə idman ustası, əməkdar məşqçi olub.  O, həmçinin 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. 

Samir Əli