DİQQƏT! Sürücüləri bu yolda xoş olmayan surpriz gözləyir - FOTO - VİDEO
    • 18-03-2019, 20:32
    • 730

DİQQƏT! Sürücüləri bu yolda xoş olmayan surpriz gözləyir - FOTO - VİDEO

Xudat-Qusar yolu bir neçə həftə bundan öncə yenidən çəkilib istifadəyə verilib. Amma bu yolda da bəzi problemlər qalmaqdadır. Deməli saytımıza daxil olan bir sıra müraciətləri nəzərə alıb çəkiliş qrupumuz yolun problemli hissəsinə yollandı. Bəs bu problem nədən ibarətdir?
Xudatdan Qusar istiqamətinə, daha doğrusu Ləgər kəndi ərazisini keçəndən sonra yolun təmirli hissəsi qəfildən bitir. Bu yol ilə isə yüksək sürətlə hərəkət edən sürücülər isə xoş olmayan bir surprizlə rastlaşırlar. Bəs bu surpiriz nədir?

Təmir olunmuş yolun bitmiş hissəsində iri xəndəkləri ilə göz çıxaran daşlı, palçıqlı yol. Təsəvvür edin nəqliyyat vasitənizi sürətlə hərəkət etdirirsiz. Bu anda maşınınıza kifayət qədər zərər verəcək bir yolla rastlaşırsız. Düzdü yolu tanıyan sürücülər üçün bu o qədər də təhlükəli deyil. Amma nəzərə alsaq ki, Rusiyadan ölkəmizə və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri bu yoldan mütamadi istifadə edir bu onda əsl təhlükə mənbəyidir. Müşahidələrimiz zamanıda bu məsələnin bir daha da şahidi olduq.

Sadalanan yolda bir dənədə olsun təmir barədə xəbərdarlıq edici nişanlar yoxdu. Həmin ərazidə nişanlar olsa sürücülər bu problemdən azda olsa sığortalana bilər. Məsələnin həlli üçün, əraziyə nişanların qoyulması tələb etmək üçün AAYA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Anar müəllim cavabında bildirdi ki, dediyiniz ərazini qeydiyyata götürdük. Həmin yolda iş aparan iş icraçılarına tapşırıq verəcəyik ki, əraziyə nişanlar qoyulsun.

Hörmətli sürücülər az da olsa bir problemli yol haqqında da xəbəriniz oldu.