"BakuBus" avtobusları niyə gecikir? - RƏSMİ AÇIQLAMA - VİDEO
    • 1-11-2019, 11:39
    • 690

"BakuBus" avtobusları niyə gecikir? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) Bayıl qəsəbəsi, "20-ci sahə" istiqamətinə hərəkət edən avtobusların gecikməsinin səbəbini açıqlayıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yolun hərəkət hissəsində aparılan təmir-tikinti işlərinin vaxtında yekunlaşmaması, eyni zamanda təmir müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün uyğun şəraitin yaradılması sonda məhz bu cür çətinliklərə səbəb olur.

Mövcud vəziyyətdən ən çox əziyyəti isə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərimiz çəkir. Bu cür problemlər eyni zamanda avtobusların istismar müddətinin azalmasına və amartizasiya xərclərinin artmasına gətirib çıxarır.

Şəhər mərkəzindən “20-ci sahə” adlanan əraziyə gedən yolda olduğu kimi. Yolun hərəkət hissəsində aparılan işlərin yekunlaşmaması səbəbindən müntəzəm marşrut xətt avtobusları, xüsusən də BakuBus MMC-yə məxsus avtobusların hərəkəti çətinləşib. Təəssüf ki, analoji hallar bir çox küçələrdə var.